Trotskinin qətlinin son şahidi olan nəvəsi vəfat edib

İnqilabçı Lev Trotskinin nəvəsi Esteban Volkov 97 yaşında Mexikoda vəfat edib. O, Trotskinin qətlə yetrilməsinin sağ qalan sonuncu şahidi idi.

1926-cı ildə anadan olan Esteban (Vsevolod)Volkov 1937-ci ildə babası Trorski ilə Türkiyədən Mekskaya köçüb. (Esteben Volkov Trorskinin böyük qızı Zinaida Bronşteyn övladıdır. Zinaida Bronşteyn 1933-cü ildə intihar edib). O, Meksikada Vsevolod Volkov adını dəyişərək Esteban qoyub.

Volkov babasına qarşı bir neçə sui-qəsd cəhdinin və onun 1940-cı ildə Meksikalı NKVD agenti Ramon Merkader tərəfindən öldürülməsinin şahidi olub. O, babasının yaşadığı evdə muzey, eyni zamanda Trotski Araşdırma və Nəşr Mərkəzini yaradıb.

2017-ci ildə Rusiyanın Birinci Kanalı rejissor Aleksandr Kott və Konstantin Stavskinin çəkdiyi “Trotski” serialını yayımlayıb. 2019-cu ildə serialı Netflix alandan sonra Esteban Volkov açıq məktub yazaraq serialın süjetini ətraflı təhlil edib və filmdə çoxsaylı qeyri-dəqiqliklərin və saxtakarlıqların olduğunu bildirib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button