Conni Depp Türkiyədə

Yayımlandı: 10 İyun 2023 15:09

Sənətçi zəlzələdə zərərçəkənlər üçün səhnəyə çıxacaq

Amerikalı aktyor, musiqiçi Conni Depp üzvü olduğu “Hollywood Vampires” qrupu ilə birgə konsert vermək üçün İstanbula gəlib.

İki gün əvvəl topuğundan aldığı zədəyə görə Amerikada üç konsertini təxirə salan Depp İstanbuldakı çıxışından imtina etməyib.

Konsertdən əldə edilən gəlirin bu ilin fevralında Türkiyədə baş verən güclü zəlzələdə zərərçəkənlərə veriləcəyi bildirilir.

“Hollywood Vampires” 2012-ci ildə Elis Kuper, Conni Depp və Co Perri tərəfindən yaradılmış Amerika rok super qrupudur.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button