Volqoqradda Quranın yandırılması ilə bağlı təxribat ABŞ xüsusi xidmət orqanlarının iştirakı ilə təşkil edilib?!

Saxlanılan şəxs günahını etiraf edib və bunu “xristianlarla müsəlmanlar arasında” nifaq salmaq üçün etdiyini bildirib.
“Volqoqradda Quranın təhqiri ilə bağlı təxribat Amerika xüsusi xidmət orqanlarının iştirakı ilə təşkil edilib”. Bu barədə bazar günü Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Volqoqradda Quranın yandırılması ilə bağlı iş Rusiya Federasiyasının Çeçenistan üzrə İstintaq Komitəsinə verilib. İstintaq Komitəsi Volqoqradda Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə bir nəfərin Quranı yandırması ilə bağlı iş açıb.
“Mövcud olan məlumatlara görə, müsəlman məbədinin təhqir edilməsi ilə bağlı cinayətin törədilməsində Amerika kəşfiyyat xidmətlərinin birbaşa iştirakı var. Mənbə xatırladıb ki, “Ukrayna rejimi, o cümlədən onun xüsusi xidmət orqanları, Rusiya Federasiyası ərazisində terror aktlarının və təxribatların hazırlanması və həyata keçirilməsi də daxil olmaqla, Amerika və Böyük Britaniya xüsusi qurumlarının tam nəzarəti altında işləyir”.

“Buna görə də onlar törədilmiş cinayətlərə görə bərabər məsuliyyət daşıyırlar”, – mənbə bildirib.

Volqoqradda SBU-nun göstərişi ilə Quranı yandırdığına görə saxlanılan şəxs günahını etiraf edib və bunu “xristianlarla müsəlmanlar arasında” nifaq salmaq üçün etdiyini bildirib. Bu barədə FSB tərəfindən yayılan videoda deyilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button