Ukrayna Ali Məhkəməsinin sədrinin rüşvət alarkən saxlanıldığı bildirilir

Yayımlandı: 16 May 2023 14:17

O, 3 milyon dollar rüşvət almaqda günahlandırılır

Ukrayna Ali Məhkəməsinin sədri Vsevolod Knyazevin mayın 15-də rüşvət alarkən saxlanıldığı deyilir.

Yerli media Vsevolod Knyazevin 3 milyon dollar məbləğində rüşvət aldığını qeyd edib.

Knyazev oliqarx Konstantin Jevaqonun xeyrinə məhkəmə qərarının çıxarılmasını müdafiə edən şəxslərdən pul alıb”, – deyə “zn.ua” əlavə edib.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məhkəmə sədrinin saxlanıldığını təsdiqləyib.

O xatırladıb ki, aprelin 19-da Ali Məhkəmə Poltava mədən və emalı zavodunun “Ferrexpo”nun səhmlərinin 40,19%-nin dörd şirkətə – keçmiş səhmdarlara satılması ilə bağlı 2002-ci ildə bağlanmış müqaviləni etibarsız hesab edən Şimal İqtisad Məhkəməsinin qərarını ləğv edib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button