Ərdoğan bütün rekordları qırdı

Pilotsuz uçuş aparatlarının görüntülərində yüz minlərlə insanın izdihamı görünür

Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın bazar günü İstanbulda keçirdiyi mitinq rekord qırıb və mayın 14-də keçiriləcək ümumi seçkilərin nəticəsinin necə olacağına işarə edib.
Ərdoğan daha əvvəl demişdi ki, rəsmi rəqəmlərə görə, onun metropolda keçirilən mitinqində bir milyon 700 min insan iştirak edib.
“Bu mitinq indiyə qədər keçirilən ən böyük mitinq kimi qeydə alınıb. Ərdoğan bütün rekordları qırıb… Mitinq üçün Atatürk hava limanının ətrafındakı ərazinin seçimi də çətin tapşırıq idi. CHP-nin (ən böyük müxalifətçi Xalq Cümhuriyyət Partiyası) Maltepedə keçirdiyi mitinqinə və AK Partiyanın (hakim Ədalət və İnkişaf Partiyası) Atatürk Hava Limanında keçirdiyi mitinqə maraq eynidirmi? Bu mitinq İstanbulda rekord olsa da, AK Partiyanın digər vilayətlərdəki mitinqləri də çox aktiv olub. Bu, seçkilərin nəticəsini müəyyən etmir, lakin 14 may seçkilərində nə baş verəcəyi barədə təsəvvür yaradır…”, – deyə nəşr yazır.

Nəşr xatırladır ki, mayın 6-da Maltepe Orhanqazi parkında müxalifətin namizədi Kamal Kılıçdaroğluna dəstək aksiyası keçirilib. Türkiyə mənbələri onun sayını dəqiqləşdirməyib.
Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-nə təyin edilib. Namizədlərin yekun siyahısında “Cümhuriyyət Alyansı”ndan vahid namizəd kimi hazırkı dövlət başçısı, 69 yaşlı Ərdoğan, müxalifətdən olan “Xalq Alyansı”ndan vahid namizəd 74 yaşlı Kamal Kılıçdaroğlu, həmçinin Memleket partiyasının lideri 58 yaşlı Məhərrəm İncə və 55 yaşlı Ata ittifaqının namizədi Sinan Oğan qatılıb. Prezident seçkilərinin ikinci mərhələsi, əgər namizədlərdən heç biri 50% səs toplaya bilməsə, mayın 28-nə təyin edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button