Azərbaycan diplomatları da İranda 'arzuolunmaz şəxs' elan edilib

İran Azərbaycan diplomatik korpusunun dörd əməkdaşını “arzuolunmaz şəxs” elan edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən mayın 5-də bildiriblər.

Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə xatırladıb ki, bu ilin aprelində İranın Azərbaycandakı səfirliyinin dörd əməkdaşını “Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə” Azərbaycan hökuməti persona-non-qrata (arzuolunmaz şəxs) elan etmişdi: “İran tərəfi, öz növbəsində, Azərbaycanın bu addımından bir neçə gün sonra heç bir əsas olmadan … ölkəmizin İrandakı səfirliyindən hələ yanvar ayında təxliyə olunmuş iki əməkdaşı və Baş konsulluğun iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib. Ölkəmizə qarşı atılmış bu addım bir sıra problemlərin mövcud olduğu ikitərəfli münasibətlərə xələl gətirir”.

Məsələ ilə bağlı İranın Azərbaycandakı səfirliyindən isə açıqlama almaq mümkün olmayıb.

Son illər Azərbaycan və İran Arasında münasibətlərin gərginləşməsi ilə bağlı hər iki tərəfdən qarşılıqlı ittihamlar səslənib. Bu il yanvarın 27-də isə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub. Səfirliyin bir əməkdaşının həlak olduğu, iksinin yaralandığı açıqlanıb. Bundan sonra səfirliyin işçiləri İrandan təxliyə edilib. Amma Azərbaycanın orda konsulluğu fəaliyyət göstərməkdədir. Səfirliyə silahlı hücumdan sonra İran rəhbərliyi olayın araşdırılacağını bildirmişdi.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button