
Zaxarova: “Bakı və İrəvan Rusiyada danışıqların keçirilməsinə razılıq verib”
“Bakı və İrəvan Rusiyada danışıqların keçirilməsinə razılıq verib”.
TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Rusiya üçtərəfli bəyanatlara sadiqdir”, – deyə o vurğulayıb.Qeyd edək ki, daha əvvəl Rusiya XİN-dən bildirilmişdi ki, yaxın vaxtlarda Moskvada üçtərəfli görüş gözlənilir.
Xatırladaq ki, bir neçə gündür ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçirilir.



