Əvəz Zeynallının və Elnur Şükürovun növbəti məhkəmə prosesi keçiriləcək

 “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı və “Səda TV” youtube kanalının əməkdaşı Elnur Şükürovun işinə dair növbəti məhkəmə iclası 28 aprel 2023-cü il saat 14:00-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə keçiriləcək.

Xatırladaq ki, ötən məhkəmə prosesi zamanı dövlət ittihamçısının Ə.Zeynallı və E.Şükürova qarşı yönəlmiş istintaq materialları ilə məhkəməni tanış edərkən, ittihamların saxta və əsassız olmasına etiraz əlaməti olaraq, zalda əyləşən vətəndaşların ciddi etirazına səbəb olub.

Ə.Zeynallı və E.Şükürov həbslərinin mətbu fəaliyyətlərilə əlaqəli olduğunu və siyasi sifariş əsasında həyata keçirildiyini iddia edirlər. Onlar fəaliyyətlərində cinayət məsuliyyəti yarada biləcək heç bir əməl olmadığını, həbslərinin sifarişinin yüksək səlahiyyətli məmurlar tərəfindən həyata keçirildiyini bildirirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button