Azərbaycanın hərbi yük maşınının minaya düşdüyü bildirilir

Yayımlandı: 22 Aprel 2023 19:57

Müdafiə Nazirliyi Ermənistanın məsuliyyət daşıdığını deyir

Aprelin 22-si saat 17:00 radələrində Azərbaycan Ordusunun hərbi yük maşınının piyada əleyhinə minaya düşdüyü bildirilir.

Hadisənin Şuşanın Allahqulular kəndi istiqamətindəki torpaq yolda baş verdiyi qeyd olunur.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

“Ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşən avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb”,-deyə nazirlik əlavə edib.

Müdafiə Nazirliyi hadisə barədə Rusiya sülhməramlı kontingenti və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verildiyini bildirib:

Hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Ermənistanın rəsmi mənbələri hadisə barədə məlumat yaymayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button