Nazir kinonun dövlətdən asılılığını azaltmağı təklif edir

Yayımlandı: 20 Aprel 2023 11:56

“Kino sənətinin bir sıra problemləri də mövcuddur”

“Son illər film çəkilişlərinə qoyulan vəsaitlərin həcmi artıb. Bu gün kino sənətinin bir sıra problemləri də mövcuddur. Bu sahədə köklü dəyişikliklərin edilməsinə zərurət var”.

Bunu mədəniyyət naziri Adil Kərimli “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda deyib.

Artıq dövlətdən asılılığı azaltmaq və özəl sektorunun diqqətini çəkmək üçün çalışmaq lazımdır”,- nazir bildirib.

Adil Kərimli. Foto: trend.az

Forumda mədəniyyət naziri Adil Kərimli ilə yanaşı, dövlət rəsmiləri, kino və incəsənət xadimləri iştirak edir.

Forum rəsmi açılışdan sonra kino sahəsi ilə bağlı müxtəlif panellərlə gün boyu davam edəcək.

Tədbir iki gün davam edəcək.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button