
Laçın ərazisində mal-qara otaran şəxs minaya düşüb
Yayımlandı: 12 Aprel 2023 15:02
22 yaşlı gənc ayağından xəsarət alıb
Laçın rayonu Sus kəndi ərazisində mal-qara otaran çoban piyada əleyhinə minaya düşüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Minaya düşən 2001-ci il təvəllüdlü Ramil Əzizovdur. Onun ayağından xəsarət aldığı bildirilir.
“Ramil Əzizov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Araşdırma aparılır”, – DİN-in mətbuat xidmətindən bildirilib.



