Avropalı deputatlar Belarusun Avropa Çempionatı 2024-də iştirakını istəmir

Yayımlandı: 15 Mart 2023 15:37

Deputatlar UEFA rəhbərinə məktub göndəriblər

100-dən çox avropalı deputat UEFA-nı Belarus millisini AÇ-2024-ün seçmə turnirində iştirakdan kənarlaşdırmağa çağırıb.

“Politico” yazır ki, deputatlar UEFA rəhbəri Aleksander Çeferinə məktub göndəriblər. Müraciət müəllifləri qeyd ediblər ki, Belarusda insan hüquqları pozulur və ölkə prezidenti Aleksandr Lukaşenko milli komandanın Avropa çempionatının seçmə mərhələsində iştirak etməsindən yaxşı qarşılandığını göstərmək üçün istifadə edə bilər.

AÇ-2024-ün seçmə turnirinin püşkatmasının nəticələrinə görə, Belarus yığması İsveçrə, Ruminiya, İsrail, Andorra və Kosovo ilə eyni qrupa düşüb. Belaruslular seçmə turnirdə ilk oyununu martın 25-də, İsveçrəyə qarşı keçirməlidirlər.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button