Zahid Oruc Ombudsmandan insan hüquqlarını pozan qurumların adlarını açıqlamağı istəyib

“Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsində ən çox insan hüquqlarını pozan hökumət orqanlarının adlarının verilməsi vacibdir”.

Bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin martın 7-də keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, şikayətlərin hansı dövlət orqanlarını əhatə etməsi və onların xarakterinin ümumiləşdirilməsi, regional ofislər və onların fəaliyyəti barədə məlumatların genişləndirilməsi, hüquq və azadlıqlar üzrə indekslərin yaradılması məqsədəuyğun olar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button