Akşener “altılı masa”ya geri dönməsi üçün bu şərti irəli sürdü 

Türkiyə müxalifəti bu gün ölkədə mayın 14-ü keçiriləcək prezident seçkilərinə vahid namizədini açıqlayacaq.

Türkiyə mediasına istinadən məlumatına görə, liderlərin görüşündən əvvəl Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun İYİ partiyasının sədri Meral Akşenerlə görüşə getməsi marağa səbəb olub.

Sözügedən görüş səbəbindən müxalifət liderlərinin Bakı vaxtı ilə 15:00-da başlaması gözlənilən iclası 17:00-a təxirə salınıb.

M.Akşener “altılı masa”ya geri dönməsi üçün yeni şərt irəli sürüb.

Belə ki, o, Mansur Yavaş və Əkrəm İmamoğlunun adlarının prezident köməkçisi qismində hallandırılmasını təklif edib. Onun bu təklifi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna təqdim edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button