
Arutyunyanın həzin SONU! – “Xain, soysuz!” şüarlarının sədaları altında qovuldu…
“Ötən gün ABŞ-da Qlendeyl şəhərində (Kaliforniya) İphone mağazalarından birində erməni gənclər Ermənistan hökumət aparatının rəhbəri Arayik Arutyunyana yaxınlaşaraq, “Xain!”, “Soysuz!” şüarları səsləndiriblər.
Arutyunyan cavab olaraq gəncləri hədələyib və deyib ki, Ermənistana gəlsələr, kim olduqlarını öyrənib qisas alacaq.
Arutyunyanın ABŞ-a necə gəldiyini, ezamiyyətə göndərilib-göndərilmədiyini, yoxsa məzuniyyətdə olduğu üçün bu mağazada olduğunu öyrənməyə çalışdıq.
Aparılan axtarışların nəticələrinə əsasən, yanvar və fevral ayları üçün “Baş nazirin qərarları” bölməsində Arayik Arutyunyanın ABŞ-a ezamiyyətə göndərilmədiyi məlum olub. Ona məzuniyyət verilməsinə dair qərar yoxdur. Buna görə də onun ABŞ-a necə və hansı məqsədlə getdiyi çox maraqlıdır”, – media yazıb.



