Rusiya Mədəniyyət Nazirliyi Müdafiə Nazirliyi ilə birlikdə təbliğat qrupları yaradıb

Yayımlandı: 28 Fevral 2023 14:31

Nazir təbliğat qruplarındakı müğənnilərin adlarını açıqlamayıb

Rusiyanın Mədəniyyət Nazirliyi ölkənin Müdafiə Nazirliyi ilə birlikdə sənətçilərdən ibarət təbliğat briqadaları yaradıb.

Bu barədə Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova məlumat verib.

Nazir təbliğat qruplarındakı müğənnilərin adlarını açıqlamayıb.

Bildirib ki, onlar könüllülərdir, ümumi prosesə dəstək olmaq istəyirlər.

Rusiya Ukraynada hərbi əməliyyatlara başlayandan sonra bəzi rus müğənniləri, aktyorları, yazıçıları müharibəyə qarşı çıxaraq ölkəni tərk ediblər.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button