Daha 4 türkiyəli voleybolçu zəlzələ nəticəsində həlak olub

Yayımlandı: 15 Fevral 2023 15:29

Ölənlərin hamısı “Rasus Kimya Hatay” klubunun oyunçularıdır

Daha dörd voleybolçu Türkiyədəki zəlzələ nəticəsində həlak olub. Bu barədə Türkiyə Voleybol Federasiyası məlumat yayıb.

“Rasus Kimya Hatay” klubunun oyunçularından Gözde Öztürk, Dilek Mucuk, Ahsen Baş və İrem Kurtoğlu zəlzələ qurbanlarıdır.

Foto: Sondakika.com

Daha əvvəl də bir neçə voleybolçu zəlzələ nəticəsində ölmüşdü. Onlardan ikisi Türkiyənin “Adıyaman Gənclərbirliyi” klubunun, 16 nəfər isə Şimali Kiprə məxsus qızlardan və oğlanlardan ibarət voleybol komandasının üzvləri idi.
Son məlumata görə, Türkiyədəki zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button