Rusiya Sudanda hərbi baza yaradır

Moskva və Xartumun Qırmızı dəniz sahilində Hərbi Dəniz Qüvvələri üçün logistika mərkəzinin yaradılması haqqında saziş imzalaması faktı 2020-ci ilin dekabrında məlum olub

Rusiya ilə Sudan Qırmızı dənizdə hərbi baza yaratmaqla bağlı razılığa gəliblər. Belə bir razılaşmanən Rusiyanın xarici işlər nazigəlib.

Associated Press öz mənbələrinə istinadla tərəflərin sövdələşmə ilə bağlı bütün narahatlıqların aradan qaldırıldığını yazır.

Razılaşma Port Sudanda yaradılacaq hərbi bazada 300 Rusiya dənizçisinin və nüvə mühərrikli gəmilər də daxil olmaqla 4-ə qədər gəminin yerləşəcəyini nəzərdə tutur.

Müqavilə 10 il müddətinə uzadılma imkanı ilə 25 il müddətinə bağlanır.

Bununla Hind okeanına sürətli çıxış əldə edən Rusiya əvəzində Sudanı silahla təmin edəcək.

Sudan Rusiyanın Krımı ilhaqını tanıyan azsaylı ölkələrdən biridir.

Moskva və Xartumun Sudanın Qırmızı dəniz sahilində Hərbi Dəniz Qüvvələri üçün logistika mərkəzinin yaradılması haqqında saziş imzalaması faktı 2020-ci ilin dekabrında məlum olub.

ABŞ-ın məlumatına görə, PMC Wagner-dən olan rus muzdluları Ukrayna ilə müharibəni maliyyələşdirmək üçün Sudan və digər Afrika ölkələrində təbii ehtiyatların istismarı ilə məşğuldur. Moskva isə bu ittihamları rədd edir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button