Dnepr: ölü sayı 40-a çatdı, Rusiya yaşayış binasına hücum etmədiyini deyir

Yayımlandı: 16 Yanvar 2023 16:21

Şənbə günü Dneprdə yaşayış binasına edilən hücumda ölənlərin sayı 40-a çatıb. Ən azı 35 nəfərin də itkin düşdüyü deyilir. Xilas edilənlərdən 75-i yaralıdır. Xilasetmə əməliyyatı emosional səhnələrə meydan olub. 

Volodimir Zelenski hücumla bağlı açıqlamasında Rusiya əhalisini “qorxaq susqunluqda” ittiham edib. O, deyib ki, hücum 15 yaşlı bir uşağın da ölümünə səbəb olub, 2 uşağı isə valideynsiz qoyub. 

Rusiya Dneprdəki yaşayış binasına raket zərbəsi endirmədiyini iddia edir. Bu haqda Putinin sözçüsü Dmitri Peskov açıqlama verib. O, Rusiyanın hərbi obyektləri hədəf aldığını deyib. 

Axtarışlar davam etsə də, xilasedicilər artıq sağ qalanların olduğuna inanmırlar.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button