Əkrəm İmamoğluna 2,7 il azadlıqdan məhrumetmə cəzası verilib

Yayımlandı: 14 Dekabr 2022 19:45

Bələdiyyə sədri MSK üzvlərini təhqir etməkdə ittiham olunur

İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğluna 2 il 7 ay 15 gün azadlıqdan məhrumetmə cəzası verilib.

 O, Mərkəzi Seçki Komissiyasının (YSK) üzvlərini təhqir etməkdə ittiham olunub.

Anadolu 7-ci Asliye Cəza Məhkəməsində keçirilən iclasda Əkrəm İmamoğlu iştirak etməyib. Prosesə partiyaların vəkilləri və bir çox deputat da qatılıb.

Türkiyə müxalifətini təmsil edən Cümhuriyyət Xalq Partiyası (CHP) və onun üzvü Əkrəm İmamoğlu bu qərarın siyasi olduğunu bildiriblər. İmamoğlunun qərardan şikayət etmək hüququ var.
Qərar yuxarı instansiya məhkəmələrinin təsdiqindən sonra qüvvəyə minəcək.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button