Aktauda Yol Xəritəsi qəbul edilib

Noyabrın 25-də Qazaxıstanın Aktau şəhərində bu ölkə, Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü Yol Xəritəsinin qəbulu ilə başa çatıb.

Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, tərəflər beynəlxalq nəqliyyat marşrutlarının sürətləndirilmiş inkişafı və Xəzər-Qara dənizi regionunda əməkdaşlığın möhkəmləndirilməsi üzrə tədbirləri müzakirə ediblər.

Tədbirin yekunlarına görə tərəflər 2022-2027-ci illər üçün “Orta dəhliz”in inkişafı üzrə Yol Xəritəsini imzalayıblar.

Məlumata görə, razılaşmaların icrası 2025-ci ilə qədər Transxəzər dəhlizinin buraxılış qabiliyyətini ildə hazırkı 1.5 mln. tondan 10 mln. tona qədər artırmağa imkan verməlidir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button