Əli İnsanov: “Müxalif partiyaları səsləyirəm ki, İlham Əliyevə dəstək olaq”

Yayımlandı: 21 Noyabr 2022 17:19

Yeni Azərbaycan Partiyasının 30 illik yubiley tədbirinə bir neçə siyasi partiya liderləri dəvət olunub. 

Onların arasında Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov, Ağ Partiya başqanı Tural Abbaslı, Ümid Partiyasının sədri İqbal Ağazadə, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov və Azərbaycan Demokrat Partiyasıın sədri Sərdar Cəlaloğlu yer alıb.

Keçmiş Səhiyyə Naziri, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov deyib ki, müxalif partiyalarla müttəfiqliyinə davam edəcəklər.

AĞ Partiya başqanı Tural Abbaslı bu cür tədbirlərin Azərbaycan siyasətində demokratikləşməyə və rəqabət mühitinin yaranmağına səbəb olacağına inanır. Tural Abbaslı yeni qəbul olunan “Partiyalar haqqında qanun”la bağlı da fikir bildirib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button