Seulda Hellouin izdihamında azı 120 nəfər ölüb

Cənubi Koreyanın paytaxtı Seul şəhərinin İtaevon rayonunda Hellouin bayramı zamanı yaranan izdiham nəticəsində ən azı 120 nəfər ölüb, 100 nəfər yaralanıb.

Bu barədə “The Korea Herald” məlumat yayıb. İnsan təlafatı dar bir küçədə toplaşan izdiham arasında olub. Associated Press yazır ki, zərərçəkənlərə kömək etmək üçün ölkənin hər yerindən 800-dən çox xilasedici cəlb edilib. Seul yanğınsöndürmə idarəsinin rəisi ölənlərin sayının arta biləcəyini və hələlik dəqiqləşdirilməmiş sayda yaralının vəziyyətinin ağır olduğunu bildirib.

Hadisə yerindən çəkilmiş videolarda xilasedicilərin zərərçəkənlərə ilkin yardım etdiyi və başqalarının altında qalan insanları çıxarmağa çalışdıqları görünür. Yerli mətbuatın məlumatına görə, İtaevonda 100 minə yaxın insan Hellouin bayramını qeyd etmək üçün küçələrə toplaşıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button