İki nəfər minaya düşüb həlak oldu: biri 15 yaşlı uşaqdır

Yayımlandı: 30 Sentyabr 2022 22:58

Hadisə Füzuli rayonu ərazisində baş verib

Füzuli rayonu ərazisində iki nəfər minaya düşərək həlak olub. Hadisə sentyabrın 30-da Füzuli rayonunun Yuxarı Dilağarda kəndində baş verib. Bu barədə Füzuli rayon Prokurorluğundan məlumat verilib.

Minaya düşənlər 1986-cı il təvəllüdlü Amid Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Quluzadə olub. Onlar hadisə yerində həlak olublar.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda cinayət işi başlanıb.

“Prokurorluq əməkdaşları hadisə yerinə və meyitlərə baxış keçirib. Məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Hazırda iş üzrə istintaq davam edir”, – prokurorluqdan bildirilib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button