TƏBİB Rəhim Rəhimlinin ölüm səbəbini açıqlayıb

Yayımlandı: 30 Sentyabr 2022 13:30

Müğənni Bülbülə qəbiristanlığında dəfn olunub

Müğənni-bəstəkar Rəhim Rəhimlinin sentyabrın 30-da, gecə saatlarında ürək tutmasından vəfat etdiyi bildirilir.

İfaçının prodüseri Həmzə Məmmədli bu haqda “Qafqazinfo”ya məlumat verib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilovanın məlumatına görə, Rəhim Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.

Onun sözlərinə görə, Rəhim Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən 30.09.2022-ci il tarixində saat 01:30 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub:

“Həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib. İfaçının bununla yanaşı, ağır xəstəlikləri – qaraciyər sirrozu və kardiomiopatiyası da olub”.

R.Rəhimlinin dəfni. Foto: Sosial şəbəkə

Müğənni Bülbülə qəbiristanlığında dəfn olunub.

Rəhim Rəhimli 1979-cu il iyunun 7-də Ağdamda doğulub.

O, 2006-cı ildən səhnədə idi.

Ekstravaqant tərzi ilə diqqət çəkən sənətçi, çoxsaylı klipləri və mahnıları ilə tanınır.

2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi “MTV Azərbaycan” kanalının direktoru işləyib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button