İlahiyyatçı Abgül Süleymanov azadlığa çıxıb

Yayımlandı: 30 Sentyabr 2022 14:21

O, 11 il həbs cəzasına məhkum edilmişdi

Sentyabrın 29-da ilahiyyatçı Abgül Süleymanovun həbs müddəti başa çatıb.

O, 11 il həbs cəzasından sonra azadlığa buraxılıb.

Məlumatı Abgül Süleymanovun yaxınları təsdiqləyib.

Abgül Süleymanov 2011-ci ilin avqustunda həbs olunub.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 11 il azadlıqdan məhrum edilib.

İlahiyyatçı ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasına cəhddə və insanları itaətsizliyə təhrik etməkdə suçlanıb.

İddia olunub ki, Abgül Süleymanov saxlanılarkən üzərindən 23,7 qram narkotik götürülüb.

Abgül Süleymanov. Foto: sosial media

Eyni zamanda, mənzilindən silah-sursat tapıldığı bildirilib.

Lakin ilahiyyatçı özünü təqsirli bilməyib, ittihamların böhtan olduğunu söyləyib.

Hüquq müdafiə təşkilatları ilahiyyatçını siyasi məhbus kimi tanıyıblar. Çünki o, hakimiyyətə qarşı sərt çıxışları ilə tanınıb.

Bununla yanaşı, hicaba qoyulan qadağalar görə 2011-cu ildə Təhsil Nazirliyinin qarşısında keçirilən etiraz aksiyalarının təşkilatçılarından olub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button