Ukraynada dəmir yolu stansiyasına raket zərbəsində azı 22 nəfər ölüb

Avqustun 24-də bu stansiyaya endirilən raket zərbəsi nəticəsində azı 22 nəfər həlak olub, daha 50 nəfər yaralanıb

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanı cənubi Dnepropetrovsk regionundakı Çaplin dəmir yolu stansiyasına raket zərbəsi endirməkdə ittiham edib.

Avqustun 24-də bu stansiyaya endirilən raket zərbəsi nəticəsində azı 22 nəfər həlak olub, daha 50 nəfər yaralanıb.

Zelenski özünün ənənəvi gecə videomüraciətində deyib:

“Çaplin bugün bizim ağrımızdır. İndiki ana olan məlumata görə orada 22 nəfər həlak olub, onlardan 5-i vaqonun içində yanıb. Dəmir yolu stansiyasında xilasetmə işləri davam etdiriləcək. Biz qəti şəkildə işğalçıların etdikləri hər şey üçün cavab istəyəcəyik. Biz qəti şəkildə müdaxiləçiləri torpağımızdan rədd edəcəyik”.

Rusiya sözü gedən raket zərbəsi barədə hələki şərh verməyib.

Hadisə Ukraynanın müstəqilliyinin 31-ci ildönümünün qeyd olunduğu gündə baş verib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button