Yerevan Azərbaycanla sərhəddə Ermənistan hərbçisinin yaralandığını bildirir

Azərbaycan-Ermənistan sərhədinin şərq hissəsində yerləşən döyüş mövqelərinin birində erməni hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Nver Gevorqyan yaralanıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hadisə avqustun 6-sı axşam saatlarında baş verib. Yerevan əsgərin yaralanmasına səbəb olan atəşkəs pozuntusunda Azərbaycan ordusunu ittiham edir.

Bakı isə Ermənistan Müdafiə Nazirliyinin dövlət sərhədində atışma olması və nəticədə bir erməni əsgərinin yaralanması ilə bağlı bəyanatını təkzib ediblər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button