Xaçmazda meşə yanır

İyulun 11-də Xaçmaz rayonunda meşə yanır.

Yerli sakinlərin AzadlıqRadiosuna verdiyi məlumata görə, yanğın Xaçmazdan Xudata gedən yolun kənarında yerləşən meşədə başlayıb. Onların sözlərinə görə, külək yanğının yayılmasına və daha geniş ərazini əhatə etməsinə şərait yaradır.

Sakinlərin iddialarına görə, yanğın qəsdən törədilib.

Fövqəladə Hallar Nazirliyindən “Turan”a bildirilib ki, alovun qarşısını almaq üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Bölməsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button