
Ev heyvanı saxlayanlara xəbərdarlıq: “Quduzluq hallarına rast gəlinir”
“Ev heyvanları arasında quduzluğa yoluxma hallarına rast gəlinir”.
Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri Ceyran Cəfərova deyib.
O bildirib ki, heyvan sahibləri mütləq baytar nəzarətindən keçirməlidir:
“İnsanlar vaxtaşırı heyvanlarına vaksinlərini vurdurmalıdırlar”.
“Quduzluq virusunun sonunda mütləq ölüm var” deyənC.Cəfərovaya görə, həkimə gec müraciət edilməsi nəticəsində ağız suyunun ifrazı artır, sudan, havadan qorxma baş verir: “Ona görə də heyvan cırmaqlaması, dişləməsi halı olarsa, mütləq vaxtında həkimə müraciət edilməsini məsləhət görürük. Vaksin vurdurmağı tövsiyə edirik. Çünki bu, həyati təhlükə daşıyan virusdur”.



