Zelenskiy: “Blinken və Ostinlə danışıqların əsas mövzusu Ukraynaya kömək məsələsi olub”

Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostinlə danışıqlarında əsas məsələ Ukraynaya yardım göstərilməsi olub.

Bunu Ukrayna dövlət başçısı xalqa müracətində bildirib.

“Üç saatdan çox davam edən danışıqlar ümidverici və ən əsası, səmərəli keçdi. Aldığımız güclü və səmimi dəstəyə görə ABŞ xalqına və şəxsən Prezident Baydenə təşəkkür edirəm. Bunlar nəinki dövlətimizi, bütövlükdə demokratiyanı gücləndirir”,- o deyib.

Prezident danışıqlar zamanı Ukrayna Silahlı Qüvvələrinin güclənməsi üçün bundan sonra atılacaq addımların müzakirə olduğunu diqqətə çatdırıb: “Bu, həm də Almaniyada 40 tərəfdaş ölkənin müdafiə nazirlərinin çərşənbə axşamı günü keçiriləcək görüşlə də bağlıdır. Əsas məsələ Ukraynanın müdafiəsi, yəni Avropanın şərqində azadlığın müdafiəsidir”.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button