Baş katib: “NATO-ya üzv olmaq istəyənlərə yardım müzakirə edilməlidir”

“Biz Ukraynada baş verənlər fonunda NATO-nun üzv olmayan ölkələrə yardımı müzakirə etməliyik”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv dövlətlərin xarici işlər nazirlərinin aprelin 6-7-də keçiriləcək iclasından əvvəl bildirib.

“NATO 2008-ci ildən Ukraynaya dəstək verir. Ancaq o zaman Ukraynanın üzvlüyə qəbul edilməsi ilə bağlı aramızda konsensus olmadı. İndi isə hesab edirəm ki, az-çox Ukraynanın vəziyyətinə oxşar olan dövlətlər, məsələn, Avropa İttifaqı və Alyansın üzvü deyil, ancaq daxil olmağa səy göstərir, yardım edilməsini müzakirə etmək vacibdir”, – Baş katib deyib.

Onun sözlərinə görə, aldığımız əsas dərslərdən biri – əvvəlcədən yardım etmək daha yaxşıdır, nəinki gecikmək.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button