Avropa Şurasının Baş katibi: “Azərbaycanla bağlı plan yeni əməkdaşlıq sahələrini əhatə edir”

“2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planı Avropa Şurası və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə yönəlib”. Bu fikirləri Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç-Buriç qurumun Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planının təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, bu, yeni plan deyil, belə ki, AŞ təşkilata üzv digər ölkələrlə əməkdaşlıq çərçivəsində də bu cür sənədlər hazırlayır. 2022-2025-ci illəri əhatə edən sözgedən Fəaliyyət Planı Azərbaycan üçün artıq üçüncü plandır.

Baş katib Azərbaycanın 2019-cu ildə AŞ-nin Lansarote Konvensiyasını ratifikasiya etdiyini, həmçinin AŞ-nin hüquqi təcrübənin yenilənməsində Azərbaycana kömək etdiyini xatırladıb.

Mariya Peyçinoviç-Buriç 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planının süni intellekt, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, insan alverinə qarşı mübarizə kimi yeni əməkdaşlıq sahələrini əhatə etdiyini əlavə edib.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button