Məşhur iş adamından qürurlu addım: General Polad Həşimov adına gəmi dünya sularında üzəcək

Məşhur iş adamı Mübariz Mənsimov başda olmaqla “Palmali Holding”in İdarə Heyətinin qəbul etdiyi qərara əsasən, “Palmali Holdinq”ə məxsus gəmilərin adları dəyişdiriləcək.

Bu gündən etibarən gəmilər Vətən uğrunda savaşlarda canlarından keçən, qəhrəmancasına həlak olmuş şəhidlərimizin adlarını daşıyacaq. Məqsəd şəhidlərimizin adlarını ucaltmaq və dünya sularında tanıtmaqdır. İdarə Heyətinin qərarı ilə ilk gəmi 30 mart tarixində yola salınacaq. 140 metrə uzunluğunda olan nəhəng gəmi General Polad Həşimovun adını daşıyacaq. Təntənəli mərasim Yalovada Doğruyol tərsanəsində baş tutacaq. Gəminin yola salınma mərasimində Azərbaycan və Türkiyədən qonaqlar iştirak edəcəklər.

Gəminin texniki göstəriciləri isə bunlardır:
Gəmi 140 metr uzunluğunda, 17 metr enində və 7 min 500 DWT daşıma qabiliyyətindədir.

Qeyd edək ki, bundan əvvəl Palmali Holdinq tərəfindən “Mübariz İbrahimov” adına gəmi də istismara buraxılıb.

Xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button