Beş dünya lideri Ukraynanı müzakirə etdi

ABŞ, Fransa, Almaniya, İtaliya və Böyük Britaniya liderləri Ukraynadakı müharibəni müzakirə edib. Bu barədə məlumatı Ağ ev yayıb.

“Onlar Ukraynaya verdikləri davamlı dəstəyi, həmçinin öz ölkəsini Rusiya təcavüzündən müdafiə edən cəsur ukraynalılara təhlükəsizlik yardımı və zorakılıqdan qaçan milyonlarla ukraynalıya humanitar yardım göstərdiklərini qeyd ediblər”, – deyə Ağ evin yaydığı məlumatda bildirilir.

Liderlər, həmçinin atəşkəslə bağlı Ukraynaya dəstək məqsədilə diplomatik səyləri nəzərdən keçiriblər.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button