Rusiya diplomatlarının Avropa Parlamentinə girişi qadağan edilib
18 Mart 2022
0
Avropa Parlamenti (AP) Brüssel və Strasburqdakı iqamətgahlarına Rusiya diplomatlarının və dövlət məmurlarının girişinə qadağa qoyub.
Bunu AP prezidenti Roberta Metsola tviter hesabında bildirib:
“Bu gündən etibarən, Rusiya və Belarus diplomatları, hökumət rəsmilərinin Avropa Parlamentinin binalarına daxil olmaları qadağandır. Demokratiya Evində demokratik düzəni dağıtmaq istəyənlərə yer yoxdur”.