
Belarusda Ukrayna və Rusiya nümayəndələri arasında danışıqlar başlayıb
Rusiya və Ukrayna nümayəndə heyətləri Belovejskaya Puşçada danışıqların üçüncü raunduna başlayıblar. Bu barədə Rusiyanın Belarusdakı səfirliyi öz Telegram kanalında məlumat yayıb.
“Belarusda Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu indicə başlayıb”, – diplomatik nümayəndəlik yazıb.
Danışıqlar başlamazdan əvvəl Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski bildirib ki, hər üç məsələ kompleksi müzakirə olunacaq: daxili siyasi nizamlanma, beynəlxalq humanitar aspektlər və hərbi nizamlanma məsələləri. Medinskinin qeyd etdiyi kimi, Rusiya nümayəndə heyəti bu gün bir daha heç biri hələ tam işə düşməyən humanitar dəhlizlərin iş rejimini müzakirə etməyə çalışacaq.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Donbass respublikalarının rəhbərlərinin kömək üçün müraciətinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat elan edib. O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsəd ölkənin demilitarizasiyası və deazifikasiyasıdır.



