
Füzuli istiqamətində Azərbaycan ordusunun mövqelərinə atəş açıldı
Azərbaycan Ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli kəndi istiqamətində yerləşən mövqeləri fevralın 23-ü saat 10:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Bildirilir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Bundan əvvəl Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətində, Ermənistanla sərhəddə yerləşən mövqelərimizin atıcı silahlardan atəşə tutulduğunu bildirmişdi.



