
Ukrayna XİN Rusiyanın qoşunlarını sərhəddən geri çəkməsinə münasibət bildirib

Dmitro Kuleba
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Rusiya qoşunlarının bir hissəsinin Ukrayna ilə sərhəddən geri çəkilməsinə dair məlumata münasibət bildirib.
Bu barədə XİN başçısı tviterdə yazıb.
“Rusiya qoşunlarının bir hissəsinin Ukrayna ilə sərhəddən çəkilməsinə dair bəyanatlara gəlincə, Ukraynada bir qayda var ki, eşitdiyimizə yox, gördüyümüzə inanırıq. Əgər bu bəyanatların arxasında real geriçəkilmə olarsa, biz gerçək deeskalasiyaya inanarıq”, – D.Kuleba vurğulayıb.



