9 May – Qələbə Günü qeyd olunur

Bu gün, Azərbaycanda rəsmən Qələbə (1941-1945-ci il faşizm üzərində) Günü kimi qeyd edilir. Artıq həmin tarixi qələbədən 78 il keçir.

Əslində İkinci Dünya müharibəsi 1939-cu ildə faşist Almaniyasının Polşaya hücumu ilə başlayıb.

1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib.

1945-ci ildə başa çatan bu müharibə ilə bağlı Qələbə Gününü Avropa ölkələri mayın 8-də qeyd etsə də, Ukrayna istisna olunmaqla keçmiş SSRİ məkanında mayın 9-na üstünlük verilir.

Bu müharibədə Azərbaycan SSRİ-dən 660 min şəxs iştirak edib. Onlardan təqribən yarısının geri dönmədiyi bildirilir.

78 il öncə Azərbaycana qələbə ilə dönən döyüşçülərdən indi bu bayramı 51 nəfərin qeyd etdiyi bildirilir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button