
801 məhkum əfv olunub
Prezident İlham Əliyev bu gün, mayın 8-də əfv sərəncamı imzalayıb. Sərəncamın keçmiş prezident Heydər Əliyevin 100 illik yubileyi münasibətilə verildiyi açıqlanıb.
Əfv sərəncamı ümumilikdə 801 məhkuma şamil olunub. Onlardan 463 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilib.



