Məşhur dövlət xadimi Aslan Aslanov dünyasını dəyişdi

Bu gün həyatının 57-ci ilində məşhur siyasi və dövlət xadimi Aslan Aslanov dünyasını dəyişib.

Bu haqda virtualaz.org-a Şəmkir Rayon İcra Hakimiyyətindən bildiriblər.

A.Aslanov uzun müddət Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı postunu tutub.

O, respublikanın bu bölgəsində vəziyyətin sabit qalması üçün mühüm işlər görmüşdü. Bundan başqa, o, ölkədə dövlət çevrilişlərinin qarşısının alınmasında fəal iştirak etmiş, eləcə də ötən əsrin 90-cı illərində Gürcüstandan azərbaycanlıların deportasiya edilməsi prosesinin qarşısını almağa yardımçı olmuşdu.

A.Aslanov daha sonra kənd təsərrüfatı nazirinin müavini, Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsində çalışmışdı.

YAP Siyasi Şurasının üzvü idi.

Allah rəhmət eləsin!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button