50 bağça müdiri işdən azad edilib

“İl ərzində 50 bağça müdiri işdən azad edilib. Bu, o deməkdir ki, bağçalarda monitorinqlər davam edir”. AZƏRTAC-ın xəbərinə görə, bunu Elm və Təhsil naziri Emin Əmrullayev sentyabrın 6-da yeni tədris ili ilə bağlı media üçün keçirdiyi brifinqdə söyləyib.

O, bağça müəllimlərinin sertifikatlaşdırılması məsələsinə də toxunub. Nazirin deməsinə görə, bu, yəqin ki, mərhələli proses olacaq.

Bugünlərdə Elm və Təhsil Nazirliyi açıqlayıb ki, təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimin əmək müqaviləsinə xitam verilib.

Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində sertifikatlaşdırma ötən ildən başlanıb. O, iki mərhələdən (test və müsahibə mərhələsi) ibarətdir. Bu prosesdən keçən müəllimlərin maaşlarına 10-35 faiz əlavələr olunduğu bildirilib.

Azərbaycanda hazırda qəzalı məktəblərin sayı 654-dür. Bunu da sentyabrın 6-da brifinq zamanı nazir E.Əmrullayev bildirib. Onun sözlərinə görə, zamanla həmin məktəblərin sayının azalması istiqamətində işlər görüləcək.

Bu ilin əvvəlində Elm və Təhsil Nazirliyindən bildirilmişdi ki, ölkədə qəzalə vəziyyətdə olan məktəblərin sayı 800 civarındadır.

Ümumilikdə Azərbaycanda 4 min 400 civarında məktəb fəaliyyət göstərir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button