37 məktəbə Azərbaycanın milli qəhrəmanlarının adı verilib

Noyabrın 4-də baş nazir Əli Əsədov Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə müvafiq Qərar imzalayıb. Həmin qərar prezident İlham Əliyevin tapşırığına uyğun olaraq imzalanıb. 

Qərara əsasən, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Respublikanın müxtəlif şəhər və rayonlarındakı 37 məktəb və liseyə Azərbaycanın Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanlarının adları verilib.

Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanlarına bu Qərardan irəli gələn məsələlərin həll edilməsinə dair tapşırıq verilib.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button