35 893 abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib

17.08.2012

2012-2013-cü tədris ili üçün Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyərək ixtisas seçiminə buraxılan 38 minə yaxın abituriyentdən 35 893-ü ixtisas seçimi ərizəsini təsdiq edib.  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin sözlərinə görə, abituriyentlərdən 2000-dən çoxu ixtisas seçimi etməyib. 

E.Nağızadə bildirib ki, ixtisas seçimi avqustun 16-da saat 23:59-da başa çatıb. Həmin vaxtadək ixtisas seçiminə buraxılmış bütün abituriyentlər ixtisas seçimi etməli və mütləq “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni təsdiqləməli idilər. Ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itiriblər.

İxtisas seçiminin nəticələri yaxın 2 gün ərzində açıqlanacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button