20-dək vəzifəli şəxs hakim önünə çıxarılacaq

Azərbaycanda rüşvət almaqda günahlandırılan 19 vəzifəli şəxs hakim önünə çıxarılır.

Bununla bağlı bu gün, aprelin 17-də Baş Prokurorluq məlumat yayıb.

Söhbət Əmlak Məsələləri Dövlət Xidməti, bəzi rayon icra hakimiyyətlərinin vəzifəli şəxsləri və bələdiyyə sədrlərindən gedir. Onlar haqqında cinayət işinin istintaqı yekunlaşıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və başqa maddələri ilə ittiham edilirlər.

Adları çəkilən şəxslərin özləri və vəkillərinin ittihamlara münasibəti bəlli deyil.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button