
AŞPA rəsmi Bakıya ən sərt üsullarla təzyiq göstərə bilər
«Azərbaycanda fəallar buraxılsa da, azad sözə basqı davam edir»
İyunun 22-də Azərbaycanda doqquz fəalın azadlığa buraxılması beynəlxalq ictimaiyyətin diqqətini bu ölkədə azad sözə basqıdan yayındırmamalıdır. Bu barədə Amnesty İnternational (Aİ) beynəlxalq hüquq müdafiə təşkilatı xəbərdarlıq edib. Amnesty International-ın Avropa və Mərkəzi Asiya üzrə direktoru Con Dalhusen (John Dalhuisen) deyib ki, “Düzdür, biz 9 fəalın buraxılmasını alqışlayırıq, halbuki onlar qəfəsdə olmamalı idilər “.
«Amnesty İnternational Strasserin hesabatının qəbulunu alqışlayır və Azərbaycan hökumətini bu məsələnin həllində AŞPA ilə əməkdaşlığa çağırır», Dalhusein belə deyir.
Qurum həmçinin Müsavatın gənclər təşkilatının rəhbəri Tural Abbaslının iyulda hərbi xidmətə çağırılmasını onun fəaliyyətini dayandırmaq məqsədi güddüyünü bildirir.
Amnesty İnternational «Tolışi-sədo» qəzetinin redaktoru Hilal Məmmədovun narkotik maddə ittihamı ilə saxlanmasına diqqət yönəldir. «Yerli hüquq müdafiəçiləri şübhələnirlər ki, onun həbsinin bir səbəbi medianın talış azlığının haqlarına artan marağını boğmaqdır. H.Məmmədovun həbs olunmasının səbəbi Rusiyada keçirilən prezident seçkiləri zamanı V.Putinə qarşı onun YouTube-də «Tı kto takoy davay dosvidaniya» meyxanasını yerləşdirdiyi üçün olub. Jurnalist hesab edir ki, onun bu hərəkətləri hakimiyyətin xoşuna gəlməyib. Hilal Məmmədova qarşı ittiham sübut olunsa o, 12 illik həbs cəzası ala bilər.
Amnesty International Azərbaycan hakimiyyətini qondarma ittihamlarla insanları həbs etməməyə, o cümlədən jurnalistlər Anar Bayramlı və Ramin Bayramov, foto-reportyor Mehman Hüseynov, insan haqları müdafiəçiləri Oqtay Gülalıyev, Vidadi İsgəndərov və Tale Xasməmmədov, siyasi fəal Şahin Həsənliyə qarşı qondarma ittihamları ləğv etməyə çağırıb.
“Azərbaycan hakimiyyətinə kifayət qədər vaxt verildi ki, tənqidçiləri təqib etməkdən əl çəksin. Avropa Şurası Parlament Assambleyası Azərbaycan hakimiyyətinə qarşı ölkədə ifadə və sərbəst toplaşmaq azadlıqlarını tanımayana qədər ən sərt üsullarla təzyiq göstərməlidir.” – deyə Dalhuisen bildirib.
XuralTAC




