Avronest Parlament Assambleyasının (PA) nümayəndələri Ə.Zeynallının həbsindən narahatdırlar

05.04.2012
Avronest Parlament Assambleyasının (PA) nümayəndələri Gerben-Jan Gerbrandy və Jan Mulder “Xural” qəzetinin əməkdaşları ilə görüşüblər. Görüş zamanı hazırda həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı ətraflı məlumatlar səsləndirilib.
Jurnalistlər qonaqlara Əvəz Zeynallının həbsi ilə bağlı araşdırma aparmaq məqsədilə yaradılmış Preventiv Təhqiqat Qrupunun hazırladığı hesabatı və Əvəz Zeynallını “Məhbəsə aparan yol” adlı ingilis dilində hazırlanmış sənədli filmi çatdırıblar. Azərbaycanda insan haqlarının pozulması, o cümlədən jurnalistlərin saxta ittihamlarla həbsə atdırılmasından narahatlıqlarını bildirən Avronest Parlament Assambleyasının (PA) nümayəndələri Əvəz Zeynallı ilə bağlı materiallarla yaxından tanış olacaqlarını, bu və digər siyasi məhbuslar məsələsinin Avropa Şurası Parlament Assambleyasının İnsan Haqları Komitəsində müzakirəsinə nail olmağa çalışacaqlarını qeyd ediblər: “İnsanların siyasi düşüncələrinə və jurnalistləri yazdıqları yazılara görə həbs etmək demokratik dövlətlərə xas hərəkətlər deyil. Düzdür sizin prezidentiniz Azərbaycanda söz və vicdan azadlığının inkişaf etdiyini və siyasi məhbusların olmadığını iddia edir. Lakin bizim Bakıda apardığımız görüşlərdə edilən söhbətlər bunun tam əksindən xəbər verir.”
Qeyd edək ki, Avronest Parlament Assambleyasının (PA) nümayəndələri Gerben-Jan Gerbrandy və Jan Mulder aprelin 2-də Bakıda keçirilən Avronest Parlament Assambleyasının (PA) 2-ci sessiyasında iştirak etmək üçün Azərbaycana gəliblər.
XuralTAC
Leden van de Europese Parlament zijn ongerust over de gevangenneming van Avaz Zeynalli
Leden van de Europese Parlament, Jan Mulder en Gerben Jan Gerbrandy hebben de werknemers van de krant “Khoeral” (“Xural”) ontmoet. Tijdens het gesprek is hen informatie gegeven over Avaz Zeynalli, die nu in de gevangenis zit.
Over de gevangenneming van Avaz Zeynalli is er een Journalistik Onderzoek Groep opgericht. Deze groep heeft over de gevangenneming een onderzoek verslag gemaakt. Deze verslag en een film over Avaz Zeynalli (in het Engels) met de naam “Op weg naar de gevangenis” is aan de gasten overgedragen. De leden van de Europese Parlament hebben laten merken dat ze ongerust zijn over de schending van mensenrechten in Azerbeidzjaan en over de valse gevangennemingen van journalisten. Ze hebben laten weten dat ze over de zaak van Avaz Zeynalli meer te weten zullen komen en zullen proberen om in de Europese Parlament in de commisie mensenrechten zullen debateren. “In een democratiesche land is het niet mogelijk dat iemand door zijn politieke meningen of door wat een journalist schrijft naar de gevangenist moet. Jullie president, de president van Azerbeidzjaan, zegt dat er democratie is in dit land en er zijn geen politice gevangenen. Maar in het gesprek dat wij in Baku hadden zegt iets anders ”.
Leden van de Europese Parlament, Jan Mulder en Gerben Jan Gerbrandy waren op 2 april naar Azerbeidzjaan gekomen om mee te doen aan de tweede vergadering van de Euronest Europese Parlament.
XuralTAC






