“Xırdalan” pivəsinə ödədiyiniz pul Azərbaycanda avtoritar rejimin güclənməsinə xidmət edir”

21.05.2012

Müsavat Gənclər Təşkilatı Azərbaycan vətəndaşlarına və əcnəbi qonaqlara müraciət etdi

“Hörmətli “Avrovizyon-2012” mahnı müsabiqəsinin iştirakçıları, Azərbaycan vətəndaşları və qonaqlar!

Müsavat Partiyası Gənclər Təşkilatı olaraq sizləri, Azərbaycanda azad sözün, demokratik mətbuatın qənimi olan “Baltika Bakı” MMC-nin istehsal etdiyi “Xırdalan” pivələrini boykot etməyə səsləyirik. Məlumat üçün bildirək ki, “Baltika Bakı” MMC-nin iddiası ilə Azərbaycanda gündəlik nəşr edilən, hakimiyyəti sərt tənqid etdiyi üçün həbs edilən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 50 min manat məbləğində cərimə edilib. Məhkəmə prosesi barədə Ə. Zeynallıya və “Xural” qəzetinin redaksiyasına məlumat verilməyib. Gizli şəkildə keçirilən məhkəmə prosesində Ə. Zeynallı faktiki olaraq müdafiə hüququndan məhrum edilib. Avtoritar hakimiyyətin əlində alətə çevrilən “Baltika Bakı” MMC-nin Avropanın yüksək mədəni və siyasi dəyərlərini özündə ehtiva edən “Avrovizyon” mahnı müsabiqəsinə sponsorluq etməsi bizdə təəssüf hiss yaradır. Bir daha sizləri “Xırdalan” markalı pivələri almamağa səsləyirik. Unutmayın ki,  “Xırdalan” pivəsinə ödədiyiniz  pul Azərbaycanda avtoritar rejimin güclənməsinə xidmət edir.

Müsavat Partiyası Gənclər Təşkilatı

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button