Əvəz Zeynallı ombudsmana müraciət etdi: “Hüquqlarım pozulur…”

Saxta ittihamlarla hazırda həbsdə saxlanılan “Xural” Medfia Qrupunun rəhbəri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyevaya müraciət edib.

O, müraciətində Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən bu il sentyabrın 10-da siyasi sifariş əsasında, saxta ittihamlarla həbs olunduğunu, həbsindən ötən 3 ay 10 gün olmasına baxmayaraq, hələ də ailə üzvləri ilə telefon danışıqlarına və ailə görüşünə qanunsuz və əsassız olaraq qadağa qoyulduğunu bildirib. O, ombudsmandan bu məsələ ilə bağlı müraciətinə baxılmasını və insanların doğal haqq və hüquqlarının pozulmasına öz səlahiyyətləri daxilində münasibət bildirilməsini istəyib.

Qeyd edək ki, bundan əvvəl də Əvəz Zeynallının hüquqlarının Müdafiə Komitəsi dəfələrlə ombudsman Səbinə Əliyevaya bu məsələ ilə bağlı müraciətlər ediblər, lakin onların məktubları belə cavablandırılmayıb.

Xatırladaq ki, Xural Media Qrupunun rəhbəri Əvəz Zeynallı Xural TV youtube kanalında müəllifi olduğu “Siyasət Meydanı” verilişində Tərtər cinayətlərilə bağlı müxtəlif səpkilərdə verilişlər hazırlayıb, cinayətin aşkarlanıb, günahkarların həbs olunmasını tələb edib. Bu işə birbaşa məsuliyyət daşıyan Müdafiə nazirliyi, Baş prokurorluq, hərbi prokurorluq, həmçinin Prezident aparatının müvafiq şöbələrinin səlahiyyətliləri Əvəz Zeynallının çıxışlarından və fəaliyyətindən narahat olaraq, siyasi sifariş əsasında, saxta ittihamlar qarşılığında həbs olunmasına müvəffəq olublar. Hazırda 108 gündür ki, azadlıqdan məhrum edilən Əvəz Zeynallıya qarşı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən qanunsuz olaraq ailəsilə görüşmək və telefonla danışmaq qadağası qoyulub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button